Premyer Liqada mövsümün ikinci yarısında ilk böyük hesablı nəticə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, III dövrənin ilk oyun günü “İnter Arena”dakı darmadağınla əlamətdar olub.
“İnter”in qonağı olan “Kəpəz” hesabı açsa da, ardınca 4 top buraxan Şahin Diniyevin yetirmələri darmadağınla üzləşib – 1:4. Dörd topla alınan yenilgi Gəncə klubunun uğursuz seriyasının davamı olub.
Belə ki, “Kəpəz” ardıcıl 4-cü dəfə səfər oyununda məğlub olub. Rəqib meydanında uduzmağa adət edən qərblilər bunadək “Zirə”yə 0:2, “Qarabağ”a 0:1, “Qəbələ”yə 1:2 hesabı ilə uduzmuşdu. Ötən il oktyabrın 16-da AZAL-a 1:0 hesabı ilə qalib gələn Diniyevin komandası həmin gündən sonra səfər sindromuna tutulub.
Amma “Kəpəz”in əziyyət çəkdiyi xof təkcə səfər matçları ilə bağlı deyil. Komanda “İnter” sindromuna da yoluxub. 6 il 4 aydı bakılıları xalsız qoya bilməyən “Kəpəz” 12 oyundu qələbə həsrətindədi. Onların sonuncu uğuru 2010-cu il sentyabrın 25-nə təsadüf edib. Bu 2319 gündə gəncəlilər 5 heç-heçə edib və 7 dəfə uduzub.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı