[b]“Kəpəz”in gücü I divizion klubuna çatdı[/b]
08.08.2017 - 00:33
[b]“Kəpəz”in gücü I divizion klubuna çatdı[/b]

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz” növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, gəncəlilər növbəti mövsümdən birinci divizionda mübarizə aparacaq “Şüvəlan”la qarşılaşıb.

 

“Dalğa Arena”nın ehtiyat meydançasında baş tutan qarşılaşma Şahin Diniyevin yetirmələrinin böyükhesablı qələbəsi ilə başa çatıb. Gəncə klubu rəqibini 3:0 hesabı ilə məğlub edib.

 

“Kəpəz”in qollarına kapitan Şəhriyar Rəhimov və yeni transferlər Viktor Laki Oseghale ilə Sergey Çernişev imza atıblar.

 

Qeyd edək ki, “Kəpəz” Topaz Premyer Liqasının ilk turunda “Sumqayıt”la qarşılaşacaq.