“Kəpəz”in zədəli futbolçusu Samba Diallonun vəziyyəti yaxşılaşıb. Apasport.az klubun saytına istinadən məlumat verir ki, fərdi məşqlər edən yarımmüdafiəçi bu gündən komanda ilə birgə hazırlıqlara qoşulub. “Neftçi” və “Keşlə” ilə oyunları buraxan Samba “Qarabağ”a qarşı matçda “sarı-göylər”ə kömək edə biləcək.
Yüngül zədəsi olan İlyas Səfərzadə də artıq hazırlıq prosesində iştirak edir. “Keşlə” ilə görüşdə zədələnərək əvəzlənən Viktor Oseqeylin də problemi aradan qalxıb. Əzələ gərilməsi diaqnozu qoyulan hücumçu özünü yaxşı hiss edir və ev oyununa hazır olacaq.
Fərid Məmmədov isə Ağdam klubuna qarşı matçı kənardan izləyəcək. Klubun tibb personalı bildirib ki, gənc futbolçunun zədəsi ciddidi. MRT müayinəsi zamanı Məmmədovun dizin yan kollateral bağında qismi qopma və menisküsda ikinci dərəcəli degenerasiya aşkar olunub.
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”