[b]“Kəpəz”in mərhələ adlamaq şansı...[/b]
04.07.2016 - 13:45
[b]“Kəpəz”in mərhələ adlamaq şansı...[/b]

“Kəpəz”in Avropa Liqasında mərhələ adlamaq şansı təxminən 45 faizə bərabərdi. Apasport.az saytının məlumatına görə, indiyədək avrokubokların ilk matçında evdə 0:0 hesablı heç-heçə edən Azərbaycan klubları 11 cəhddən 5-də səfərdən sevinclə dönüb.

 

İlk dəfə bu duruma “Neftçi” düşüb. 15 il əvvəl bakılılar Sloveniyaya ümidlə yollansa da, “HİT Qoritsa”nın 1 qolu həlledici olub. Ümumiyyətlə, ilk cəhddə evdə qolsuzluqla kifayətlənən təmsilçilərimiz səfərdən məğlub qayıdıb.

 

Bu uğursuz tendensiyanı 2008-ci ildə “İnter” qırıb. Makedoniyadakı qollu heç-heçə “Rabotniçki” səddini aşmaq üçün kifayət edib.

 

Sonradan daha iki komandamız səfər qolu sayəsində sevinib. Həm “Qarabağ”, həm “Qəbələ” pley-offun səfərdəki cavab oyununda bunu gerçəkləşdirməklə qrupa düşüb.

 

Qolsuzluqdan sonra rəqib meydanında ilk qələbə “Neftçi”nin hesabındadı. Bakılılar 2014-cü ildə Gürcüstanın “Çixura” klubunu səfərdə yenib. Ötən il bu uğuru təkrarlayan “Qarabağ” Bakıda uda bilmədiyi “Rudar”ı rəqib meydanında keçib.

 

“Neftçi” 4 dəfə üzləşdiyi vəziyyətin 1-də, “Qarabağ” hər iki cəhdində 0:0-la başlayan mərhələni adlayıbsa, “Bakı” 2 dəfə uğursuzluğa düçar olub. Hərəyə 1 dəfə bu duruma düşənlərdən “İnter”lə “Qəbələ” sevinən, “MKT-Araz” üzülən tərəf olub.

 

Azərbaycan klublarının ilk oyunu evdə qolsuz bitən avrokubok duelləri

 

2001/02, UEFA kuboku

“Neftçi” – “HİT Qoritsa” (Sloveniya) – 0:0, 0:1

2004/05, Çempionlar Liqası

“Neftçi” – MOİK (Rusiya) – 0:0, 0:2

2007/08, UEFA kuboku

“MKT Araz” – “Qrotslin” (Polşa) – 0:0, 0:1

2008/09, Çempionlar Liqası

“İnter” – “Rabotniçki” (Makedoniya) – 0:0, 1:1

2009/10, Çempionlar Liqası

“Bakı” – “Levski” (Bolqarıstan) – 0:0, 0:2

2012/13, Avropa Liqası

“Bakı” – “Mura” (Sloveniya) – 0:0, 0:2

2013/14, Çempionlar Liqası

“Neftçi” – “Skenderbeu” (Albaniya) – 0:0, 0:1

2014/15, Avropa Liqası

“Neftçi” – “Çixura” (Gürcüstan) – 0:0, 3:2

“Qarabağ” – “Tvente” (Hollandiya) – 0:0, 1:1

2015/16, Avropa Liqası

“Qarabağ” – “Rudar” (Monteneqro) – 0:0, 1:0

“Qəbələ” – “Panatinaikos” (Yunanıstan) – 0:0, 2:2