[b]“Kəpəz”in oyunu 1 avroya[/b]
11.07.2016 - 10:09
[b]“Kəpəz”in oyunu 1 avroya[/b]

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Admira” – “Kəpəz” matçının biletlərinin qiyməti açıqlanıb. Apasport.az Avstriya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlər iyulun 8-dən satışa çıxarılıb.

 

“Admira”nın “Kəpəz”lə oyununu izləmək istəyən azarkeşlər 1 avrolarından keçməli olacaqlar. Mödlinq klubunun rəhbərliyi 14 yaşadək uşaqların stadiona girişinin pulsuz olacağını açıqlayıb.

 

Qeyd edək ki, “Admira” – “Kəpəz” qarşılaşması iyulun 14-də baş tutacaq.