[b]“Kəpəz”in rəqibi bəlli oldu[/b]
07.07.2016 - 21:43
Avropa Liqasının I təsnifat mərhələsində “Daçiya” ilə qarşılaşan “Kəpəz” növbəti mərhələyə yüksəlib. Apasport.az saytının məlumatına görə, öz meydanında 0:0 hesablı bərabərliyə razılaşan gəncəlilər səfərdə minimalhesablı qələbə sayəsində turu keçiblər.
Artıq Şahin Diniyevin komandasının rəqibi məlumdu. Belə ki, “Kəpəz” iki oyunun nəticəsinə görə (1:1, 3:2) Slovakiya “Myava”sını mübarizədən kənarlaşdıran “Admira” (Avstriya) ilə qarşılaşacaq.
0
0