[b]“Kəpəz”in rəqibinin daşını daş üstə qoymadılar[/b]
11.07.2016 - 00:16
[b]“Kəpəz”in rəqibinin daşını daş üstə qoymadılar[/b]

Avropa Liqasının II təsnifat mərhələsində “Kəpəz”in rəqibi olan “Admira” yoxlama oyununda gücünü sınayıb. Apasport.az saytının məlumatına görə, avstriyalılar Rusiya Premyer Liqası klubalrından “Rostov”la qarşılaşıblar.

 

Əsasən gənc oyunçuların xidmətindən yararlanan “Admira” görüşü darmadağınla başa vurub. Rusiyanın vitse-çempionu 7 cavabsız qolla qalib gəlib.

 

Qeyd edək ki, “Admira” ilə “Kəpəz” arasındakı ilk oyun iyulun 14-də səfərdə oynanılacaq.