[b]“Latsio”da yeni müqavilə[/b]
03.06.2017 - 00:26
“Latsio” baş məşqçi Simeone İnzaqi ilə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, bu barədə “Sky Sports” xəbər yayıb.
Paytaxt klubu 41 yaşlı mütəxəssislə müqavilə müddətini 2020-ci ilin yayınadək artırıb.
Qeyd edək ki, İnzaqi ötən ildən “Latsio”nu çalışdırır. Roma klubu sabiq hücumçusunun rəhbərliyi altında A seriyasında mövsümü 5-ci pillədə başa vurub.
0
0