[b]Joze Alesio püşk haqda: Qrup mərhələsini adlasaq...[/b]
29.09.2017 - 15:25
[b]Joze Alesio püşk haqda: Qrup mərhələsini adlasaq...[/b]

“İspaniya haqqında geniş danışmağa ehtiyac yoxdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

 

Braziliyalı mütəxəssis AFFA-nın rəsmi saytına açıqlamasında AVRO-2018-in final mərhələsinin püşkatmasını dəyərləndirib: “Bu komanda təkcə Avropada deyil, dünyada sayılıb-seçilən millilərdəndir. Fransa üçüncü səbətdən gəlsə də, inamlı yol qət edib. Onlar Xorvatiya kimi Avropa çempionatının daimi iştirakçılarından olan bir komandanı pley-off mərhələsində mübarizədən kənarlaşdırıblar. Mənzərə onu göstərir ki, çətin qrupa düşmüşük. Qrup mərhələsini adlaya bilsək, növbəti oyunlarımız daha maraqlı keçəcək. Onu da qeyd edim ki, İspaniya ilə dünya çempionatının final mərhələsində eyni qrupda yer almışdıq və onlarla başabaş mübarizə aparmışdıq. Bu dəfə də layiqli çıxış edəcəyik. Final mərhələsinə qədər vaxtımız var. Heyəti optimallaşdırmağa çalışacağıq”.

 

Qeyd edək ki, Sloveniyada keçiriləcək yarışda yığmamız İspaniya və Fransa ilə görüşəcək.

 

 

0