[b]“Lester” onu satmaq istəmir[/b]
07.08.2017 - 20:28
“Lester” yarımmüdafiəçisi Riad Mahrezi “Roma”ya satmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, bu barədə “Sky İtalia” xəbər yayıb.
Belə ki, “canavarlar” Mahrezin transferi üçün 35 milyon avro ödəməyə hazır olsa da, “Lester” rəhbərliyi 40 milyon avrodan aşağı məbləğə razılaşmayacaqlarını bildirib.
Maddi tərəflərlə bağlı fikir ayrılığı əlcəzairli futbolçunun İtaliya klubuna transferinin üzərindən xətt çəkib.
Qeyd edək ki, Əlcəzair millisinin üzvü son mövsümdə şans qazandğı 48 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.
0
0