[b]“Lester”in hücumçusu “Fənərbaxça”ya keçir[/b]
09.06.2017 - 14:06
[b]“Lester”in hücumçusu “Fənərbaxça”ya keçir[/b]

“Lester”in hücumçusu Ahmed Musa karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır. Apasport.az saytının qonşu ölkə mətbuatına istinadən məlumatına görə, “Fənərbaxça” 24 yaşlı forvardı heyətinə qatmağa çox yaxındı.

 

“Lester” MOİK-dən 20 milyon avro müqabilində transfer etdiyi nigeriyalı futbolçunun çıxışından məmnun deyil. Əsas heyətə düşməkdə çətinlik çəkən Musa üçün “Fənərbaxça”nın təklifi ingilislərin ürəyincə olub. Belə ki, İstanbul nəhəngi onu icarəyə götürmək üçün qarşı tərəfə müraciət edib və müsbət cavab alıb. Yaxın günlərdə bu keçidin reallaşması gözlənilir.

 

Qeyd edək ki, Ahmed Musanın “Lester”lə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.