[b]“Levski”nin futbolçusu “Neftçi”yə təklif edildi[/b]
10.05.2016 - 12:23
[b]“Levski”nin futbolçusu “Neftçi”yə təklif edildi[/b]

“Neftçi”nin ispaniyalı hücumçusu Antonio Quinta sabiq komanda yoldaşını yanına gətirmək niyyətindədi. Apasport.az-ın Bolqarıstanın “sportal.bg” saytına istinadən məlumatına görə, o, “Levski”dəki həmyerlisi Migel Bedoyaya “Neftçi”də oynamağı təklif edib.

 

Xəbərdə qeyd edilib ki, Anyete kimi tanınan hücumçu “Neftçi” rəhbərliyinə Bedoyanı komandaya gətirməyi məsləhət görüb. “Levski” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan yarımmüdafiəçi Azərbaycan klubuna azad agent kimi keçə bilər. Çünki o, yeni sazişə müsbət yanaşmır. Bolqarların iddiasına görə, İspaniya variantını da nəzərdən keçirən 30 yaşlı futbolçu “Neftçi”yə gələrsə, “Levski”dəkindən çox maaş alacaq.

 

Qeyd edək ki, 2014-cü ildən “Levski”nin formasını geyinən Migel Bedoya bir il bu komandada Anyete ilə çiyin-çiyinə çıxış edib.