“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi “Lill” daha bir futbolçusunu satmağa çalışır. Apasport.az saytının məlumatına görə, Fransa klubu Sofian Boufalı üçün transfer təkliflərini araşdırır.
Lill təmsilçisi 22 yaşlı mərakeşli yarımmüdafiəçini “Çelsi”, “Sauthempton”, “Liverpul” və ya Dortmund “Borussiya”sından birinə satmağa məcburdu. Hazırda 25 milyon avrodan artıq borcu olan klub bu oyunçunun satışından 20 milyon əldə etməyi düşünür.
Bunadək Cibril Sidibe, Florian Balmon, Maykl Frey və Marvin Martini də satan “Lill” bu yolla problemlərini həll etmək niyyətindədi. Sehru Qurassinin satışından 6 milyon qazanmaq arzusu isə reallaşmayıb. Buna səbəb futbolçunun keçməyə yaxın olduğu “Köln”də tibbi müayinədən keçə bilməməsidi.
Qeyd edək ki, “Lill” III təsnifat mərhələsində “Qəbələ” – MTK cütünün qalibi ilə görüşəcək.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA