[b]“Lill” hücumçusunu 1 mövsümlük göndərdi[/b]
02.08.2016 - 10:40
[b]“Lill” hücumçusunu 1 mövsümlük göndərdi[/b]

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Lill” bir futbolçusunu icarəyə göndərib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa təmsilçisinin hücumçusu Lenni Nangis “Bastiya”ya göndərilib.

 

Klublar arasında əldə olunan razılaşmaya əsasən, Nangis qarşıdakı mövsümü icarə əsasında “Bastiya”da keçirəcək.

 

Qeyd edək ki, 20 yaşlı futbolçu ötən ildən “Lill”in formasını geyinir. O, bu komandanın heyətində Fransa çempionatında 10 oyunda iştirak edib.