[b]“Liverpul” Koutinyonu sifariş etdi[/b]
04.09.2017 - 16:03
[b]“Liverpul” Koutinyonu sifariş etdi[/b]

“Liverpul” Çempionlar Liqasının (ÇL) qrup mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib. Apasport.az saytı xəbər verir ki, “mersisayd”lıların siyahısında Filipp Koutinyonun da adı var.

 

Son vaxtlar adı “Barselona” ilə birgə hallanan braziliyalı yarımmüdafiəçinin komandadan ayrılacağı gözlənilirdi. Buna baxmayaraq, ingilislər “sambaçı”nın adını ÇL-in iştirak ərizəsinə daxil ediblər.

 

Qeyd edək ki, “Liverpul” ÇL-də “Sevilya”, “Maribor” və Moskva “Spartak”ı ilə birgə E qrupunda mübarizə aparacaq.