[b]“Liverpul” transferlərə 40 milyon funt-sterlinq ayırdı[/b]
05.01.2017 - 17:21
“Liverpul” qış transfer dövründə heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp rəhbərliklə görüşündə yeni futbolçuların cəlb edilməsini istəyib.
Almaniyalı çalışdırıcı hücum xəttinin gücləndirilməsini tələb edib. “Mersisaydlılar” transferlər üçün 40 milyon funt-sterlinq ayırıblar.
Kloppun diqqət mərkəzində olan futbolçular “Bayer”in üzvü Yulian Brandt və “Arsenal”ın futbolçusu Aleks Oksleyd-Çemberlendi.
0
0