[b]“Liverpul” yeni transferini açıqladı[/b] - FOTO
29.05.2018 - 01:38
[b]“Liverpul” yeni transferini açıqladı[/b] - FOTO

“Monako”nun yarımmüdafiəçisi Fabiano karyerasını “Liverpul”da davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə Mersisayd təmsilçisi rəsmi açıqlama yayıb.

 

25 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisi ilə uzunmüdətli müqavilə imzalanıb. Fransızlar bu gedişdən 50 milyon avro və əlavə bonuslar qazanacaq.

 

Qeyd edək ki, 2012/13 mövsümünü “Real”da keçirən Fabinyo o zamandan bəri “Monako”da oynayırdı.