[b]“Liverpul”un hücumçusu “İnter”ə keçir[/b]
23.01.2018 - 17:52
“Liverpul”un hücumçusu Daniel Starric İtaliyaya köçməyə yaxındı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 29 yaşlı futbolçu “İnter”in maraq dairəsindədi.
Milan klubu bununla bağlı qarşı tərəflə danışıqlara start verib. İtalyanlar İngiltərə millisinin üzvünü icarəyə götürmək niyyətindədilər. “Neradzurra” onun maaşını qarşılamağa da hazırdı. “İnter”in təklifinə müsbət yanaşan “Liverpul” keçidin əleyhinə deyil. “İnter” həmçinin futbolçunun transfer hüququna malik olacaq.
Qeyd edək ki, Daniel Starric “Liverpul”a 2013-cü ildə “Çelsi”dən keçib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0