[b]“Liverpul”un iki oyunçusunu birdən soymaq istədilər[/b]
02.11.2017 - 23:24
[b]“Liverpul”un iki oyunçusunu birdən soymaq istədilər[/b]

“Liverpul”un iki oyunçusunun evləri quldurların hücumuna məruz qalıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, hadisə Çempionlar Liqası oyunu zamanı baş verib.

 

Belə ki, ÇL qrup mərhələsinin IV turu çərçivəsində “Maribor”la oyun zamanı “qırmızılar”ın iki futbolçusunun Sadio Mane və Deyan Lovrenin bir-birinə qonşu olan evlərinə oğrular hücum edib.

 

Hadisə şahidləri tərəfindən polisə zəng nəticəsində qorxan və qaçan oğruların evlərdən nəsə götürb-götürmədikləri hələ məlum deyil.

 

Polis hadisə ilə bağlı istintaqı davam etdirir. 

0