[b]“Maaşı bir həftə gecikən kimi, aləmi bir-birinə vururdu”[/b]
29.04.2015 - 10:24
[b]“Maaşı bir həftə gecikən kimi, aləmi bir-birinə vururdu”[/b]

“Xəzər Lənkəran” Deyan Blajevski və Qalin İvanovdan sonra daha bir keçmiş futbolçusu Elias Ribeyrodan şikayətçidi. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu apasport.az saytına açıqlamasında hər üç oyunçu ilə bağlı FİFA-ya müraciət etdiklərini deyib.

 

O bildirib ki, braziliyalı yarımmüdafiəçi də klubun düşərgəsini icazəsiz tərk etdiyindən ali futbol qurumuna şikayət ediblər: “Mətbuatda guya İvanov, Blajevski və Elias klubdan şikayət etməsi barədə xəbərlər yayılıb. Əslində isə, onlar bizi yox, biz onlardan FİFA-ya şikayət etmişik. İvanov burda maaşı bir həftə gecikən kimi, aləmi bir-birinə vururdu. Amma Türkiyədə 3 ay maaş almadı. O ki qaldı Eliasa, ondan da FİFA-ya şikayət etmişik. Çünki rəhbərliyə deməmiş komandanı tərk edib. Eliasa həmin vaxt deyildi ki, formaya düşənə qədər əvəzedicilərlə birlikdə məşq etsin, amma o, bir gün məşq etdikdən sonra qaçdı”.

 

Qeyd edək ki, Elias Ribeyro ötən il “Xəzər Lənkəran”a Braziliyanın “Atletiko Paranaense” klubundan keçmiş, lakin ümidləri doğrultmamışdı.