[b]“Mançester Siti” tarixinin yeni bombardiri[/b]
02.11.2017 - 13:44
[b]“Mançester Siti” tarixinin yeni bombardiri[/b]

“Mançester Siti”nin hücumçusu Serxio Aquero klubun tarixinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvard Çempionlar Liqasının qrup mərhələsində “Napoli” ilə qarşılaşmada bunu reallaşdırıb.

 

Belə ki, “şəhərlilər”in səfərdə 4:2 hesabı ilə qalib gəldikləri görüşdə 3-cü qolun müəllifi olan Aquero bununla “Mançester Siti” tarixinin ən məhsuldar oyunçusu olub. Bütün turnirlərdə qollarının sayını 178-ə çatdıran 29 yaşlı oyunçu 1927-1940-cı illərdə bu klubun formasını geyinmiş Erik Bruka məxsus rekordu yeniləyib.

 

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən “Mançester Siti”nin şərəfini qoruyur.