[b]“Mançester Siti”də yeni braziliyalı[/b]
12.07.2017 - 09:23
[b]“Mançester Siti”də yeni braziliyalı[/b]

“Vasko da Qama”nın yarımmüdafiəçisi Duqlas Luis İngiltərəyə köçəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu “Mançester Siti”yə transfer olunub.

 

“Şəhərlilər” Braziliyanın U-20 yığmasının üzvü üçün qarşı tərəfə 13 milyon avro ödəyib. Bu məbləğ bonuslarla birlikdə 16 milyona qədər yüksələ bilər. Lakin 19 yaşlı oyunçunun İngiltərədə oynamaq üçün işçi vizası olmadığından, onun başqa komandaya icarəyə verilməsi nəzərdə tutulur.

 

Futbolçu çox güman ki, gələn mövsümü İspaniya klubu “Xirona”da keçirəcək.