[b]“Mançester Siti”yə ağır cəza[/b]
06.05.2017 - 13:12
“Mançester Siti” klubu cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Assosiasiyası mançesterlilərin 18 yaşadək futbolçuları sifariş etməsinə qadağa qoyub.
Klub 2 il müddətində akademiyanın oyunçularını heyətinə qata bilməyəcək. Belə sərt cəzaya gənc futbolçuların müqavilə imzalanması zamanı yol verilən qayda pozuntuları səbəb olub. “Mançester Siti” 300 min funt sterlinq cərimə də ödəməlidi.
Qeyd edək ki, cəzalanan klub “Everton”un 11 və 15 yaşlı iki futbolçusunu “oğurlayaraq” öz akademiyasına cəlb edib.
0
0