İngiltərə Federasiya Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu mərhələnin yeganə sürprizi “Arsenal”ın mübarizəni dayandırması olub.
“Topçular” öz meydanlarında “Sauthempton”la bacarmayıblar. Son görüşdə isə “Mançester Yunayted” “Vest Hem” üzərində böyük hesablı qələbə qazanıb.
Federasiya Kubokunda yarımfinal cütləri də artıq bəlli olub. Final yolundakı son matçlarda “Mançester Yunayted” “Hall Siti” ilə, “Liverpul” isə “Sauthempton”la münasibətlərinə aydınlıq gətirəcək.
İngiltərə Federasiya Kuboku
1/4 final mərhələsi
“Arsenal” – “Sauthempton” – 0:2
Qollar: Kleysi, 13; Bertrand, 38
“Mançester Yunayted” – “Vest Hem” – 4:1
Qollar: İbrahimoviç, 2, 90+3; Martial, 48, 62 – Fletçer, 35
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı