“Mançester Yunayted” daha bir futbolçu ilə yolları ayırmağa çox yaxındı. Apasport.az saytı “Sky Sports”a istinadən xəbər verir ki, Eşli Yanq “mankunianlar”ı tərk etməyə qərar verib.
Baş məşqçi Joze Mourinyo tərəfindən az şans qazandığını deyən Yanqın karyerasını Çində davam etdirmək variantı yaranıb. Belə ki, “Şandun Lunen” klubu 32 yaşlı futbolçunun xidmətində maraqlıdı. Bununla yanaşı, Yanqın İngiltərədən 3 təklif aldığı bildirilir.
“Mançester Yunayted” rəhbərliyi təcrübəli yarımmüdafiəçini icarəyə verməyə razı olmasa da, onunla yolları birdəfəlik ayırmağa hazırdı.
Qeyd edək ki, karyerası ərzində “Uotford” və “Aston Villa” klublarının da formasını geyinmiş Yanq 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir.
- Mourinyo "El-Klasiko" haqda: "Problem deyil, öhdəsindən gələcəyik”
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər