“Atletiko”nun fransalı futbolçusu Antuan Qrizmann karyerasını İngiltərədə davam etdirməyə çox yaxındı. Apasport.az saytı xəbər verir ki, Britaniya mətbuatı 25 yaşlı hücumçunun “Mançester Yunayted”lə razılığa gəldiyini yazıb.
“Mankunianlar”ın bu keçidi həll etməsi üçün Madrid klubunun rəhbərliyi ilə anlaşması qalıb. Çünki Qrizmannın “Atletiko” ilə 2021-ci ilin yayına kimi müqaviləsi var. Qarşı tərəfi razı salmağa çalışan ingilislərin 100 milyon avro xərcləməyə hazır olduğu bildirilir.
Danışıqlar müsbət nəticələnsə, Qrizmann yeni klubunda illik 18 milyon avro qazanacaq.
Qeyd edək ki, 2014-cü ildən “Atletiko”nun formasını geyinən Antuan Qrizmann hazırkı komandasında 135 oyunda 71 qola imza atıb.