[b]“Mançester Yunayted” Yanqla bağlı qərar verdi[/b]
05.12.2016 - 13:18
[b]“Mançester Yunayted” Yanqla bağlı qərar verdi[/b]

“Mançester Yunayted” qış “transfer pəncərəsi”ndə futbolçularından biri ilə vidalaşa bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “mankunianlar”ın yarımmüdafiəçi Eşli Yanqı göndərəcəkləri gözlənilir.  

 

Baş məşqçi Joze Mourinyonun da Yanqın xidmətində maraqlı olmadığı bildirilir. Təsadüfi deyil ki, ingilis xavbek portuqaliyalı çalışdırıcının gəlişindən sonra Mançester klubunda əsas heyətə düşməkdə çətinlik çəkir.

 

Yanqla “Everton”, “Vest Bromviç”, “Uotford” və “Suonsi” klubları danışıq aparırlar.