[b]“Mançester Yunayted”ə bəd xəbər[/b]
08.10.2017 - 17:45
“Mançester Yunayted” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” yarımmüdafiəçisi Maruan Fellaininin xidmətindən məhrum olub.
Belçika millisinin heyətində DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina yığması ilə səfər oyununda (4:3) sıradan çıxan Fellaini bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Yerli mətbuatın verdiyi xəbərə görə, sol dizindən zədə alan futbolçu bir neçə həftə şans qazana bilməyəcək.
Qeyd edək ki, Fellaini matçın 29-cu dəqiqəsində zədələnərək meydanı tərk edib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0