[b]“Maribor” – “Qəbələ” matçının başlama vaxtı bilindi[/b]
11.08.2016 - 14:39
[b]“Maribor” – “Qəbələ” matçının başlama vaxtı bilindi[/b]

“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsində “Maribor”la keçirəcəyi cavab matçının vaxtı müəyyənləşib. Apasport.az xəbər verir ki, bu barədə Sloveniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

 

Avqustun 25-də baş tutacaq görüş yerli saatla 20:15-də, Bakı vaxtı ilə 22:15-də start götürəcək.

 

“Ljudski vrt” stadionunda baş tutacaq qarşılaşmanın bilet qiymətləri də bəlli olub. “Maribor” – “Qəbələ” görüşünü izləmək üçün böyüklər 13 avro, 15 yaşa qədər olan uşaqlar 7 avro, üzvlük kartı olanlar isə 4 avrolarından keçməli olacaqlar.