[b]“Maynts”a 2 manatlıq qiymət[/b]
26.09.2016 - 16:02
[b]“Maynts”a 2 manatlıq qiymət[/b]

Avropa Liqasındakı təmsilçilərimizdən “Qəbələ” qrup mərhələsinin II turunda “Maynts”ı qəbul edəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, sentyabrın 29-da baş tutacaq matçın biletləri satışa çıxarılıb.

 

Biletləri bu gündən etibarən Tofiq Bəhramov adına Respublika stadionunun və 8-ci km qəsəbə stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2 və 5 manat, VİP sektorlar üçün isə 10 manatdı.

 

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Maynts" oyunu saat 19:00-da başlayacaq.