“Məni Emildən çox, zərərçəkənlərin durumu maraqlandırır. Daim onların yanında olmağa çalışıram”. Bunu apasport.az saytına “Qarabağ”ın qapıçısı Emil Balayevin atası Nazim Balayev deyib.
Ağdam klubunun qolkiperi dekabrın 8-də Əmircan qəsəbəsində qəza törətmiş, nəticədə ölən və yaralanan olmuşdu.
Zərərçəkənlərin vəziyyətinin yaxşılığa doğru getdiyini bildirən ata Balayev oğlunun da psixoloji durumundan bəhs edib: “Hələ də özümüzə gələ bilməmişik. Emilin təbii ki, psixoloji cəhətdən özünə gəlməsi üçün zamana ehtiyac var. Amma məni indi daha çox zərərçəkən Bağırovlar ailəsi maraqlandırır. Çox gözəl ailədi, bacardığım qədər yanlarında olmağa, onlara təsəlli verməyə çalışıram”.
Emil Balayevin klubun bazasında olduğunu bildirən Nazim bəy onunla tez-tez görüşməyə vaxt tapmadığını vurğulayıb. O, həmçinin hadisə ilə bağlı istintaqın davam etdiyini də sözlərinə əlavə edib.