[b]“Məşqlərdə ayaqlarımı qoruyuram” - FOTO[/b]
28.11.2017 - 11:22
[b]“Məşqlərdə ayaqlarımı qoruyuram” - FOTO[/b]

Belçikalı futbolçu Eden Azar maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xəbər verir ki, Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Çelsi”nin üzvü məşqlərdə var gücü ilə çalışmadığını etiraf edib.

 

ESPN-ə danışan Azar bunun səbəbini zədədən qaçması ilə əlaqələndirib: “Məşqlərdə ayaqlarımı qoruyuram. Ədalət naminə deyim ki, hazırlıq prosesində bütün gücümü sərf etmirəm. Əksər futbolçular məşqlərdə “dəli olurlar”. Mən isə elə deyiləm. Komanda yoldaşlarımın ayağıma zərbə vurmasını istəmirəm. İstirahət üçün çox vaxtımız olmur. Buna görə də, bir qədər artıq dincəlmək üçün məşqlərdə gücümün yarısından istifadə edirəm. Oyunlarda isə bütün gücümü meydanda qoyuram. Rəqib futbolçular ayağıma tez-tez vursalar da, pis olmuram. Bu, futboldu. Lakin bayaq da dediyim kimi, məşqlərdə bədənimin qeydə qalıram. Bəxtim gətirib ki, yaxşı sağlamlığım var”.

 

Qeyd edək ki, 26 yaşlı futbolçu 2012-ci ildən “Çelsi”nin formasını geyinir. 

0