[b]“Milan” 22 milyonluq transferə hazırlaşır[/b]
09.06.2017 - 15:23
[b]“Milan” 22 milyonluq transferə hazırlaşır[/b]

Mövsümlərarası fasiləyə fəal başlayan “Milan” heyətinə daha bir futbolçunu qatmağa hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “rossonyerlər” “Latsio”nun yarımmüdafiəçisi Lukas Bilyanın keçidinə çox yaxındı.

 

Klublar arasında aparılan danışıqlar artıq müsbət nəticələnib. Belə ki, paytaxt təmsilçisi “Milan”ın 22 milyon avroluq təklifinə müsbət cavab verib. Keçidin rəsmiləşəcəyi təqdirdə Bilyanın illik məvacibi isə 3,5 milyon avro təşkil edəcək. İndi yalnız münasibətlərin rəsmiləşməsi qalır.

 

“Milan” buna qədər yay fasiləsində artıq 3 transfer həyata keçirib. Belə ki, İtaliya nəhəngi Frank Kessi, Mateo Musakkio (“Atalanta”) və Rikardo Rodrigesi (“Volfsburq”) heyətinə cəlb edib.

 

Qeyd edək ki, Lukas Bilya ötən mövsüm “Latsio”nun heyətində 34 matçda iştirak edib, 5 qol, 4 assistlə yadda qalıb. 31 yaşlı yarımmüdafiəçi Argentina millisinin heyətində 50 matçda meydana çıxıb.