[b]“Milan” Donnarummadan əlini üzdü[/b]
15.06.2017 - 20:59
“Milan” qapıçı Canluici Donnarumm ilə yeni müqavilə imzalamayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə klubun icraçı direktoru Marko Fassone açıqlama verib.
Klub rəsmisi fikirlərini belə izah edib: “Biz ona ciddi təklif etdik, ancaq Donnarumma qəbul etmədi. O, dedi ki, yeni müqavilə imzalamaq istəmir və Milandan 2018-ci ilin sonunda ayrılacaq”.
Qeyd edək ki, daha əvvəl futbolçu mətbuata açıqlamasında “Milan”da qalmaq istədiyini bildirmişdi.
0
0