[b]“Milan”ın ilk transferi[/b]
23.05.2017 - 01:15
“Milan” ilk transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “rossonyerlər” “Vilyarreal”ın mərkəz müdafiəçisi Mateo Musaçioyla anlaşıb.
Bu barədə klubdan açıqlama verilib. 26 yaşlı futbolçu üçün La Liqa təmsilçisinə 18 milyon avro ödənib. Futbolçunun özü isə illik 2,5 milyon avro qazanacaq.
Argentinalı futbolçu “Vilyarreal”a 2009-cu ildə, “River Pleyt”dən transfer olunmuşdu.
Qeyd edək ki, Musaçio son mövsümdə şans qazandığı 30 oyunda 2 məhsuldar ötürməyə imza atıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0