[b]“Milan”ın oyunçusu üçün mövsüm bitdi[/b]
01.02.2017 - 19:45
[b]“Milan”ın oyunçusu üçün mövsüm bitdi[/b]

“Milan” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Cakomo Bonaventura uzun müddətə sıradan çıxacaq.

 

Klubdan verilən açıqlamada qeyd edilib ki, A seriyasının XXII turunda “Udineze” ilə oyunda zədələnən oyunçu əməliyyata məruz qalacaq.

 

27 yaşlı futbolçunun bərpa və sağalma müddəti əgər əlavə problem çıxmasa 4 aya qədər çəkəcək. Bu isə onun cari mövsümü başa vurması deməkdir.

 

Qeyd edək ki, Bonaventura bu mövsüm A seriyasında 19 oyunda forma geyinib. O, komandasına 3 qol və 2 məhsuldar ötürmə ilə yardımçı olub.