[b]“Napoli”nin rəqibi “Yuventus” oldu[/b]
26.01.2017 - 09:29
[b]“Napoli”nin rəqibi “Yuventus” oldu[/b]

İtaliya kubokunda daha bir yarımfinalçı bəlli olub. Apasport.az saytı xəbər verir ki, ¼ final mərhələsində “Milan”ı qəbul edən “Yuventus” azarkeşlərini sevindirib.

 

Belə ki, qarşılaşma “qoca sinyora”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ev sahiblərinin qollarına 10-cu dəqiqədə Dibala, 21-ci dəqiqədə isə Pyaniç imza atıblar. “Milan” 53-cü dəqiqədə Bakka ilə hesab arasındakı fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

 

Bu qələbə sayəsində “Yuventus” yarımfinalda “Napoli”yə rəqib olub.

 

Qeyd edək ki, digər yarımfinalçıların adlarına isə yanvarın 31-də keçiriləcək “İnter” – “Latsio” və fevralın 1-də baş tutacaq “Roma” – “Çesena” matçından sonra aydınlıq gələcək.