“Ümid edirəm ki, bu qələbə ilə tilsimi qıracağıq. Yaxşı komandamız var və güclü rəqabət gedir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının və Almaniyanın “Aue” klubunun futbolçusu Dmitri Nazarov deyib.
II Bundesliqanın XVIII turu çərçivəsində öz meydanında “Haydenhaym”la qarşılaşan “bənövşəyilər” 2:1 hesablı qələbə qazanıblar. “Aue”nin qələbə qoluna meydana 69-cu dəqiqədə daxil olan Nazarov imza atıb.
“Bild” nəşrinə danışan 26 yaşlı yarımmüdafiəçi bütün oyunlarda sona qədər mübarizə aparmağın vacibliyini qeyd edib: “Enerjili olmalıyıq. Yalnız bu halda, son dəqiqəyə kimi mübarizə apara bilərik. Nəticə də məhz bundan sonra gəlir”.
Alman həmkarlarımız “Aue”də əsas heyətə düşməkdə çətinlik çəkən Nazarovun Buxarest “Dinamo”sundan təklif aldığını, lakin həmin dəvəti qəbul etmədiyini yazıblar. Gələcək karyerası ilə bağlı da danışan Dmitri klubunu dəyişmək fikrində olmadığını deyib: “Aue” ilə müqaviləm var. Bundan əlavə, özüm də komandada qalmaq istəyirəm. Hazırda başqa klublardan təklif yoxdu”.
Nazarovun vurduğu qələbə qolu ilə baş məşqçi Pavel Dotçevin etimadını yenidən qazandığı qeyd olunub. Bolqarıstanlı çalışdırıcı bunları deyib: “Bilirəm ki, Dmitri ilə bağlı vəziyyət sadə deyildi. Amma ona da əminəm ki, Nazarov oyunu gücləndirmək və hədəfə çatmaq baxımından həmişə yaxşı oyunçu olub”.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı