[b]“Neftçi” 25-ci, “Zirə” 2-ci dəfə[/b]
03.12.2016 - 16:43
[b]“Neftçi” 25-ci, “Zirə” 2-ci dəfə[/b]

“Neftçi” Azərbaycan kubokundakı rekord seriyasını davam etdirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bütün mövsümlərdə 1/4 finala çıxan yeganə komandadı.

 

Bu dəfə də 1/8 finalı adlayan “ağ-qaralar” 25-ci dəfə ən yaxşı 8 komanda arasında yer alıb. Digər 1/4 finalçılardan “İnter” 14-cü, “Kəpəz” 12-ci, AZAL 7-ci, “Sumqayıt” və “Zirə” 2-ci dəfə bunu bacarıb.

 

Qeyd edək ki, indiyədək 43 komanda 1/4 finalda çıxış edib.