[b]“Neftçi” 3 əcnəbisini Gəncəyə aparmadı[/b]
10.05.2016 - 14:51
[b]“Neftçi” 3 əcnəbisini Gəncəyə aparmadı[/b]

Topaz Premyer Liqasının XXXIV turunda “Kəpəz”lə qarşılaşacaq “Neftçi” matçın hazırlıqlarını yekunlaşdırıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komanda oyunöncəsi son məşqini bu gün öz bazasında keçib.

 

Gəncəyə artıq yola düşən bakılılar orda məşq etməyəcək, sabah birbaşa matça çıxacaqlar. Baş məşqçi Vəli Qasımov 3 futbolçunu səfərə aparmağa ehtiyac duymayıb. Paraqvaylı yarımmüdafiəçi Erik Ramos cəzalı olduğu üçün paytaxtda qalıbsa, ispaniyalı müdafiəçi Xuan Alberto Melli və çilili hücumçu Nikolas Kanales zədə ucbatından komandaya kömək edə bilməyəcəklər.

 

Bu itkilərin fonunda 2 oyunçu sıraya dönüb. Belə ki, cəza müddəti başa çatan müdafiəçi Rahil Məmmədovla komandanın bombardiri Ruslan Qurbanov Gəncədə məşqçilər korpusunun ixtiyarında olacaqlar.

 

Qeyd edək ki, sabah baş tutacaq “Kəpəz” – “Neftçi” görüşünün start fiti saat 16:00-da veriləcək.