“Neftçi” qış fasiləsinə sabah son qoyacaq. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 5-6-da tibbi müayinədən keçəcək komanda üzvləri ayın 7-də məşqlərə başlayacaqlar.
Klubun təlim-məşq bazası, “Bakcell Arena” və “Olimpiya stadionu”nda təşkil olunacaq təlim-məşq toplanışı müddətində “ağ-qaralar” 3 yoxlama oyunu keçirməyi planlaşdırırlar. “Neftçi”nin yoxlama oyunlarının 14, 19 və 23 yanvar tarixlərində “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Neftçi” Topaz Premyer Liqasının üçüncü dövrəsindəki ilk oyununu yanvarın 30-da keçirəcək. Əsgər Abdullayevin yetirmələri həmin gün “Sumqayıt” klubunu qəbul edəcəklər.
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
- “Liverpul” Şadeni yanvarda transfer etmək istəyir