[b]“Neftçi” “30”a çatır[/b]
20.07.2016 - 16:39
“Neftçi” Avropa Liqasında yubiley matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsinin sabah “Şkendiya” ilə Makedoniyada baş tutacaq cavab oyunu “ağ-qaralar”ın qitənin ikinci dərəcəli klub turnirində 30-cu matçı olacaq.
Hələ UEFA kuboku adlandığı vaxt – 1995-ci ildə bu yarışda debüt edən bakılılar 21 ildə 29 qarşılaşmada qüvvəsini sınayıb. Cəmi 7 qələbəsi olan təmsilçimiz 9 heç-heçə edib və 23 dəfə meydanı məğlub tərk edib. Bu matçlarda 32 qol vuran bakılılar 43 top buraxıb.
Qeyd edək ki, “Neftçi” avrokuboklarda ümumilikdə 55 matç keçirib.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0