[b]“Neftçi” – “Qəbələ” görüşünün hakimi müəyyənləşdi[/b]
10.03.2017 - 17:49
[b]“Neftçi” – “Qəbələ” görüşünün hakimi müəyyənləşdi[/b]

Azərbaycan Premyer Liqasında XXII turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, turun ən çox gözlənilən matçı – “Neftçi” – “Qəbələ” görüşü Elvin Əsgərova tapşırılıb.

 

Onunla yanaşı, Fariz Yusifov, Əliyar Ağayev və Rəhim Həsənov da bu tur baş hakim funksiyasını yerinə yetirəcəklər.



13 mart (bazar ertəsi)
 

15:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu



18:00. “İnter” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
“İnter Arena”



14 mart (çərşənbə axşamı)



17:00. “Qarabağ” – AZAL
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Xaqani Məmmədov
“Azersun Arena”


20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
“Bakcell Arena”