[b]“Neftçi” – “Qəbələ” matçı FİFA referisinə tapşırıldı[/b]
16.11.2017 - 10:57
[b]“Neftçi” – “Qəbələ” matçı FİFA referisinə tapşırıldı[/b]

Azərbaycan Premyer Liqasında 12-ci turun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, üç gün davam edəcək turun qarşılaşmalarında ədaləti qoruyacaq hakimlər bəlli olub.

 

Tura İnqilab Məmmədovun fiti ilə start veriləcək. O, Bakı Olimpiya Stadionundakı ilk çempionat oyununu – “Qarabağ” – “Sumqayıt” matçını idarə edəcək.

 

FİFA referilərindən yalnız Əliyar Ağayev bu tur baş hakim kimi meydana çıxacaq. O, “Neftçi” və “Qəbələ” arasında paytaxtda keçiriləcək görüşdə fit çalacaq.

 

Premyer Liqa

XII tur

17 noyabr (cümə)

 

18:30. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

Bakı Olimpiya Stadionu

 

18 noyabr (şənbə)

 

13:00. “Keşlə” – “Zirə”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Kərim Ağayev

“İnter Arena”

 

15:00. “Kəpəz” – “Səbail”

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Fazil Mürşüdov

Gəncə şəhər stadionu

 

19 noyabr (bazar)

 

17:00. “Neftçi” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Əli Hüseynov

8-ci km qəsəbə stadionu

0