“Neftçi”nin ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 8-ci km qəsəbə stadionunda renovasiya işlərinə başlandığından, komanda özünə başqa arena seçməli olub.
Klub rəhbərliyi ötən mövsümün sonlarında olduğu kimi, yenə Masazır qəsəbəsində yerləşən “Əlincə” stadionuna üstünlük verib. Bakılılar Topaz Premyer Liqasının II turunda “Zirə”ni məhz bu arenada qəbul edəcəklər.
8-ci km qəsəbə stadionunda renovasiya işləri ən azı bir ay davam edəcəyindən, “Neftçi” sentyabrın ortalarına qədər ev matçlarını məhz “Əlincə”də keçirəcək. Premyer Liqanın tam təqvimi açıqlanmadığından, komandanın hansı komandaları Masazır qəsəbə stadionunda qəbul edəcəyi bilinmir.
Bu arada, avqustun 14-də “Zirə” ilə qarşılaşacaq Vəli Qasımovun komandasında heyətlə bağlı problemlər var. Belə ki, makedoniyalı müdafiəçi Vançe Şikov, həmçinin yarımmüdafiəçilər Elşən Abdullayev və Araz Abdullayev zədədən əziyyət çəkirlər. İlk iki oyunçunun paytaxt derbisini buraxacağı dəqiqdi. Arazın durumu isə qeyri-müəyyəndi.
- “Real”ın sabiq kapitanı “Xetafe”yə keçdi – RƏSMİ
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ