[b]“Neftçi” “siftə” etdi[/b]
30.01.2017 - 01:05
[b]“Neftçi” “siftə” etdi[/b]

Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində baş tutan “Qarabağ” - “Neftçi” matçı 1:1 hesablı bərabərliklə başa çatıb. Apasport.az saytının məlumatına görə, bu, “ağ-qaralar”ın mövsümdəki ilk heç-heçəsidir.

 

Bundan əvvəlki 14 oyunun 3-də qələbə qazanan Elxan Abdullayevin yetirmələri, digər 11 oyunda isə meydanı xalsız tərk etmişdi.

 

İlk turda AZAL-ı 2:0 hesabı ilə yenən paytaxt klubu, sonrakı turlarda “Zirə”yə (0:1), “Qarabağ”a (0:3), “Qəbələ”yə (0:8), “İnter”ə (2:1), “Sumqayıt”a (1:2) məğlub olmuş, VII həftədə isə “Kəpəz”lə oyunda yenidən qələbəyə sevinib (2:0).

 

Növbəti qələbə üçün 3 həftə gözləyən “ağ-qaralar” bu müddətdə “Zirə” (0:2), “Qarabağ” (0:2), “Qəbələ”yə (1:4) uduzduqdan sonra XI turda “İnter”i xalsız qoyub (2:1).

 

Elxan Abdullayevin komandası “Qarabağ”la son heç-heçəyə qədər isə “Sumqayıt” (0:2), “Kəpəz” (0:2) və AZAL-ı (0:1) sevindirib.

 

Qeyd edək ki, 10 qol vurub qapısında isə 31 qol görən “neftçilər” 10 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.