[b]“Neftçi” azarkeşlərindən Ramin Musayevə şikayət[/b]
10.09.2016 - 23:05
[b]“Neftçi” azarkeşlərindən Ramin Musayevə şikayət[/b]

Topaz Premyer Liqasının IV turu çərçivəsində “Neftçi” “Qəbələ”yə 0:8 hesabı ilə məğlub olub. Apasport.az saytının matça ezam olunmuş əməkdaşının verdiyi məlumatına görə, qeydə alınan nəticə ən çox “ağ-qaralar”ın azarkeşlərinə təsir edib.

 

Oyun ərzində etirazlarını istefa şüarları ilə çatdıran fanatlar görüş başa çatdıqdan sonra PFL prezidenti Ramin Musayevə yaxınlaşıblar. Satdiondan çıxışda Musayevin qabağını kəsən azarkeşlər normal şəkildə etirazlarını qurum prezidentinə bildiriblər.

 

Ardınca “Qəbələ”nin oyunçularını aparan avtobusu “Qəbələ! Qəbələ!” şüarları və alqışlar ilə yola salan tərəfdarlar öz azarkeşlik etdikləri komandanın nəqliyyat vasitəsini də saxladıblar.

 

Bu dəfə öz futbolçularına sakit şəkildə etirazlarını bildirən “Neftçi”li futbolsevərlər yekunda onların da getməsinə icazə veriblər.