Topaz Premyer Liqasının II turu çərçivəsində keçirilən “Neftçi” – “Zirə” oyununa maraq olduqca azdı. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın oynanıldığı “Əlincə” stadionunun tribunaları boşdu.
Ancaq bunun səbəbi heç də görüşün Masazır qəsəbəsindəki arenaya təyin olunması deyil. Belə ki, “ağ-qaralar”ın fan-klubları komandanın son dövrlərdəki uğursuz nəticələrinə etiraz əlaməti olaraq, oyunu boykot ediblər.
Hazırda “Əlincə” stadionunda futbolçuların həyat yoldaşları və övladlarını da nəzərə alsaq, təxminən 100-150 azarkeş var. Stadionda hər komandanı təxminən 15-20 nəfərlik kiçik azarkeş qrupu şüarlarla dəstəkləyir.
Qeyd edək ki, I turda AZAL-la keçirilən görüşdə də “Neftçi”nin sadiq azarkeşlərinin böyük qismi matça gəlməmişdi. Həmin matça gəlmiş azsaylı “Neftçi” azarkeşləri isə birinci hissədən sonra stadionu tərk etmişdilər.