[b]“Neftçi” baş məşqçi ilə bağlı qərarını verdi[/b]
05.06.2016 - 14:16
[b]“Neftçi” baş məşqçi ilə bağlı qərarını verdi[/b]

"Neftçi”nin Müşahidə Şurasının növbəti iclası keçirilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə,  Vəli Qasımov 2016/2017-ci illər mövsümü üçün "Neftçi”nin  baş məşqçisi vəzifəsinə təsdiq olunub.

 

Bundan əlavə  klubun növbəti mövsüm üçün büdcəsi detallı şəkildə müzakirə edilib.

 

Qeyd edək ki, bu ilin mart ayından - Əsgər Abdullayevin istefasından sonra Vəli Qasımov baş məşqçi səlahiyyətlərini icra edirdi.