[b]“Neftçi” darmadağın oldu[/b]
07.06.2017 - 01:57
Rusiyanın Mahaçqala şəhərində keçirilən “Caspian Cup” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi “Qəbələ” və “Neftçi”nin U-14 komandaları təmsil edir.
B qrupunda mübarizə aparan “Neftçi” Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə qarşılaşıb. Yeniyetmə futbolçularımız gürcü yaşıdlarına böyük hesabla uduzub - 1:5.
Bütün qolları ilk yarıda buraxan bakılılar təsəlli qolunu fasilədən sonra vurublar. Qrupun digər oyununda “Anji” “Yunost”la heç-heçə edib - 1:1.
Bu gün “Qəbələ” “Ramzan”la, “Neftçi” isə “Yunost”la qarşılaşacaq.
0
0